Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Cürəli kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirilmişdir.
16 iyul 2014-cü il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Cürəli kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirilmişdir.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər.
Aşağı Cürəli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyə Aşağı-Cürəli və Muğan kəndləri daxildir. Aşağı Cürəli kəndi rayonun cənub-şərq, Muğan kəndi isə rayonun cənub istiqamətində yerləşir. Aşağı Cürəli inzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun Əsgərabad, Dərvişli Amankənd, Ağalıkənd və Yuxarı Ağalı kəndləri ilə sərhəddir.İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 799 təsərrüfat, 3400 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə 1 tam orta məktəb, 1 əsas məktəb, 1 müasir tələblərə cavab verən həkim ambulatoriyası, 1 klub, 1 poçt, 2 kitabxana fəaliyyət göstərir.
Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramının icrası ilə əlaqədar Aşağı Cürəli inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də xeyli iş görülmüşdür. Cənab Prezidentin 2012-ci il tarixli Sərəncamı ilə kəndin mərkəzi avtomobil yolu asfaltlaşdırılmış, yeni təbii qaz xətləri çəkilmiş, elektrik təsərrüfatı yeniləşdirilmiş, “Modul” tipli su durulducu qurğu quraşdırılmış, tibb məntəqəsi və poçt binası inşa olunmuş, əkin sahələrinə xidmət göstərən şor kollektorları lildən təmizlənmişdir.Hazırda 450 yerlik yeni məktəb binasının inşasında son tamamlama işləri aparılır. Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur.
Tədbirdə Aşağı Cürəli kənd İcra nümayəndəsi Qalib Bağırov çıxış edərək ötən dövr ərzində görülmüş işlərdən danışdı və qarşıda duran problemlər barədə ətraflı məlumat verdi. Kənd sakinləri M.Xammədov, H.Qurbanov, V.Nuriyev, Ə.Rzayev, B.Əzizov və başqaları çıxış edərək Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirdilər və görülən bu abadlıq və quruculuq işlərinə görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirdilər.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.Özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, firəvan yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır. M.Quliyev Aşağı Cürəli kəndində də son illərdə bir çox quruculuq işləri aparıldığını qeyd edərək bildirdi ki, digər kəndlərimiz kimi Aşağı CÜrəli kəndində də yenitibb məntəqəsi, poçt binası tikilib,450 yerlik yeni məktəb binası başa çatmaq üzrədir.Qqaz, elektrik və su təsərrüfatında yenidənqurma işləri aparılıb, kəndin yeni yaşayış massivlərindəki yollara qum-çınqıl örtük qoyulur, şor kollektorları qazılır, yeni infrastruktur layihələr həyata keçirilir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin.Bunun nəticəsidir ki, kəndlərimizdə belə uğurlu nəticələr özünü göstərir.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Aşağı Cürəli kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
Qəbul zamanı müraciət edən 5 vətəndaşdan 3 müraciətinin icrası ilə bağlı yerindəcə göstəriş verildi , digər vətəndaşların problemlərinin həlli müəyyən vaxt apardığı üçün icrası ilə bağlı aidiyyəti təşkilatlara tapşırıqlar verilərək icrası nəzarətə götürüldü.