Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon gəncləri ilə dəyirmi masa keçirildi.

16 iyul 2014 | 15:00

16 iyul 2014-cü il tarixdə Biləsuvar rayon gəncləri ilə dəyirmi masa keçirildi.
İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı  Mahir Quliyev, Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Аdministrаsiyаsının məsul işçisi Vəfadar Bağırov, rayonun aktiv   gəncləri, ölkəmizdə və   xaricdə  təhsil  alan tələbələr  iştirak  edirdi.
Görüşdə bildirildi ki, təməli  Ulu Öndər Heydər Əliyev  tərəfindən qoyulmuş Dövlət Gənclər siyasətinin   bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox böyük uğurla  davam   etdirilməsi  gənclərimizdə böyük ruh yüksəkliyi, işıqlı  sabahımıza  dərin  inam yaratmışdır.    İstər Ümummilli Lider Heydər Əliyev, istərsə də cənab Prezident İlham Əliyev tərəfindən gənclərimiz daim qayğı ilə əhatə olunub, daima onların problemləri öyrənilib və həlli istiqamətində addımlar atılıb.Bugün Azərbaycan gəncliyi dünyada öz sözünü deməyə qadir bir gənclikdir.İstər elm, təhsil sahəsində, istərsədə idman uğurlarımız bunu deməyə imkan verir.Ölkə Prezidentinin tapşırığı əsasında gənclərimiz dövlət idarəçilik sisteminin ən yüksək pillələrinə seçilirlər.Onlara çox böyük etimadlar göstərilir.Və əlbəttə ki, gənclər bu etimadları layiqincə doğruldurlar.Bu gün rayonumuzda da gənclərə böyük imkanlar yaradılmışdır. Müasir standartlara cavab verən Olimpiya Idman Kompleksi, Heydər Əliyev Mərkəzi tikilmişdir.Bu şəraitdən yararlanaraq onlar ayrı-ayrı sahələrdə respublikamızı və rayonumuzu təmsil edirlər.Gənclərimiz rayonun idarə,müəssisə rəhbərliyi postlarına irəli çəkilirlər.Müstəqil Azərbaycanın bugünki gəncləri ölkəmizdə həyata keçirilən  əhəmiyyətli layihələrin  ən fəal  iştirakçılarıdır.
Görüşdə çıxış edən bir qrup gənclər bildirdilər ki, Respublika gənlərinin tərkib hissəsi olan biləsuvarlı gənclərdə bu gün cəmiyyətimizin   bütün sferasında  əzmkarlıq və  fədakarlıq göstərir,rayonumuzun ictimai-siyasi həyatında,aparılan geniş miqyaslı abadlıq və quruculuq  işlərində yaxından iştirak edirlər.Biləsuvarlı gənclər bu gün  hərbi xidmət borclarını  yerinə yetirməyə  həvəslə  yola düşür,vətənə şərəflə  xidmət edirlər.Rayon əhalisinin 30 faizini təşkil edən gənclərimiz onlara yaradılan bu gözəl şəraitdən istifadə edərək daima ölkəmizin və rayonumuzun adını ucaltmağa çalışırlar.İstər ali məktəblərdə oxuyan tələbələrimiz, istər bayrağımızı dünya ölkələri arasında ən uca zirvələrdə dalğalandıran idmançılarımız, istərsədə digər sahələrdə çalışan gənclərimiz bu gun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında birləşərək ölkəmizin işıqlı gələcəyi naminə, min illərlə müstəqil yaşaması naminə var qüvvələrini əsirgəməyəcəklər.Tədbirdə rayon gəncləri çıxış edərək ürək sözlərini dedilər və istəklərini bildirdilər.
Sonda    gənclər  asudə  vaxtlarının daha  səmərəli  keçirilməsi  məqsədilə rayonda müasir tələblərə cavab verən Gənclər  Mərkəzinin  tikilməsini xahiş etdilər.

Keçidlər