Biləsuvar rayonunda gender bərabərliyi, qadınların ictimai proseslərdə və dövlət idarəçiliyində iştirakı mövzusunda dəyirmi masa keçirildi.
16 iyul 2014-cü il tarixdə Biləsuvar rayonunda gender bərabərliyi, qadınların ictimai proseslərdə və dövlət idarəçiliyində iştirakı mövzusunda dəyirmi masa keçirildi.
İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Аdministrаsiyаsının məsul işçisi Vəfadar Bağırov, rayonun rəhbər və aktiv qadınları iştirak edirdi.
Görüşdə qeyd olundu ki, Respublikamızda təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Dövlət Qadın siyasəti bu gün də ölkəmizdə böyük uğurla davam etdirilir. Azərbaycanda qadın siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi olmaqla yanaşı, qadınların ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirak etmələri üçün hər cür şərait yaradılmışdır.Qadınların hüquqlarının qorunması sahəsində müfəssəl bir qanunvericilik bazası formalaşmışdır.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının müavini Xəyalə Qəmbərova, rayon Qadınlar Şurasının sədri Xalidə Əliyeva YAP Biləsuvar rayon təşkilatı Qadınlar Şurasının sədri Ləman Yüzbaşova, Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Rəfiqə Cəfərova və digərləri çıxış edərək rayonda qadınların fəallığı, onların icra strukturlarında və idarəetmədə təmsil olunmasına yaradılan şəraiti yüksək qiymətləndirərək, bunu onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndiridilər.Görüş iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.