Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “Azərbaycanda millətlərarası, multikulturalizm və dini məsələlər” mövsunda tədbir keçirildi.

12 iyul 2014 | 15:00

04 Iyul 2014-cü il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanda  millətlərarası,  multikulturalizm  və  dini   məsələlər”   mövsunda   tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri düzmüş, əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbirdə  Azərbaycan Respublikası Prezidentinin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri Vəfadar Bağırov, Sərraf Hüseynov, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri və ziyalılar, rayon ağsaqqalları iştirakı  etdi.
     Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev açaraq  rayondakı mövcud dini durum barədə ətraflı məlumat verdi.
Sonra Azərbaycan Respublikası Prezidentinin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev dövlət və din mövzusunda geniş çıxış etdi. Bildirdi ki, gündən-günə inkişaf edən Azərbaycanda ideoloji siyasəti gücləndirmək məqsədi ilə cənab Prezidentin Sərəncamı ilə yeni qurum – Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti yaradılmışdır. Xidmətin əsas vəzifəsi dünyəvi təhsillə dini təhsil arasında, məscidlə tarixi abidələr arasında əlaqələr yaratmaq, həm dini, həm mədəni, həm də milli məsələlərdə etnik qruplar, azsaylı xalqlarla birlikdə çalışmaqla dövlətin mənafeyini qorumaqdır.
Multikulturalizm, tolerantlıq sadə dillə desək, elə insanlıq deməkdir. Azərbaycanda əsrlər boyu həm müxtəlif dinlər, həmdə müxtəlif etnik qruplar və xalqlar birgə, qardaşlıq və dostluq mühitində yaşamışlar. Məhz buna görə də cənab Prezidentin sözləri ilə ifadə etsək multikulturalizm, tolerantlıq Azərbaycanın hər bir vətəndaşının həyat tərzidir. Məhz bu tolerantlığın birgə yaşayışın və ölkə başçısının bu sahədə həyata keçirdiyi düzgün siyasi kursun nəticəsidir ki, Azərbaycan tolerant bir ölkə kimi dünyaya nümunə göstərilir, millətlərin mədəniyyətlərarası və dinlərarası münasibətlərinə həsr olunmuş Beynəlxalq Forumlar Azərbaycanda keçirilir.Azərbaycançılıq, tolerantlıq, milli və etnik prinsiplər Ulu Öndər Heydər Əliyev tərəfindən bizə miras qalmışdır və bu prinsiplər cənab Prezident tərəfindən uğurla davam etdirilir.
     Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq dövlətin dinə münasibəti çox loyaldır. Müstəqilliyə qədəm qoyduğumuz dönəm də ölkəmizdə 17 məscid fəaliyyət göstərirdisə, son 20 ildə bunların sayı 2000 çatdırılmışdır. Təkcə bu fakt dövlətimizin dinə və dindar vətəndaşlara münasibətinin bariz münasibətidir.
Daha sonra natiq son vaxtlar qeyri ənənəvi, zərərli dini cərəyan və təriqətlərlə bağlı fikir və mülahizələrini bildirdi, gənclərin və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində məktəblərlə yanaşı dini ibadət evlərinin, məscidlərin də üzərinə düşən vəzifələri qeyd etdi, tapşırıq və tövsiyələrini verdi.
Sonda tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırıldı.
Azərbaycan Respublikası Prezidentinin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəfadar Bağırov tədbirdən sonra  Biləsuvar şəhər Cümə məscidini və rayonun Əsgərabad kəndində yerləşən Seyid Mirsultan ağa ziyarətgahını ziyarət edərək dindarlarla görüşmüşlər. Səmimi dialoq şəraitində keçirilən görüşlərdə müxtəlif təkliflər irəli sürülmüşdür.

Keçidlər