Biləsuvar rayonunda “Azərbaycanda Dövlət və Din münasibətləri” mövzusunda seminar-treninq keçirilmişdir.
27 iyun 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə“Azərbaycanda Dövlət və Din münasibətləri” mövzusunda seminar-treninq keçirilmişdir.Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Xanlar Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr əvəzi Səyyad Salahlı, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə,müəsisə,təşkilat rəhbərləri,icra nümayəndələri, bələdiyyələr, rayonun din xadimləri və ağsaqqallar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Xanlar Məmmədov rayonda dövlət və din münasibətləri istiqamətində görülən işlər barədə geniş məruzə etmişdir.X.Məmmədov çıxışını cənab Prezidentin sözlərindən sitat gətirərək bildirmişdir ki. “Respublika Prezidenti cənab İlham Əliyev bu barədə demişdir: “İndiki dövrdə dinlərin cəmiyyətin həyatında oynadığı rol dinamik şəkildə dəyişir. Dinlərdən təhrik vasitəsi kimi istifadə etmək halları”nın qarşısını almaq üçün cəmiyyətin bütün təbəqələrinin, xüsusilə siyasətçilərin, alimlərin, dindarların və din xadimlərinin səfərbər edilməsi zəruridir. “Bu strateji istiqamət bu gün Azərbaycanda həyata keçirilir və bu işə daimi nəzarəti və qayğını bütün din adamları hiss edir.”
Xanlar müəllim bildirmişdir ki, Respublikamızın cənub bölgəsində yerləşən Biləsuvar rayonunda da həmişə dini baxımdan tolerantlıq hökm sürmüş, xalqımıza xas olan tolerantlıq ənənələri qorunub saxlanılmışdır. Rayonumuzda “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Qeydiyyata alınmış dini qurumlar üçün qanunauyğun şərait yaradılır, rayon ərazisində dini duruma nəzarət olunması üçün zəruri tədbirlər görülür.Rayon İcra Hakimiyyəti yanında Dini İşlər üzrə Komissiya müntəzəm olaraq rayon ərazisində dini durumun vəziyyətini nəzarətdə saxlayır və qanunamüvafiq təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin edir.Hazırda rayonda 44 məscid fəaliyyət göstərir ki, onlardan 5-i şəhər ərazisində, 39-u isə kəndlərdə yerləşir. Rayon ərazisində yaşayan din adamlarından, mollalardan 19 nəfəri Qafqaz Müsəlmanları idarəsinin təşkil etdiyi attestasiyadan keçərək rəsmi dini ayinlərin icraçısı kimi fəaliyyət göstərirlər. Bundan əlavə, rayonda dövlət qeydiyyatından keçmiş II dini icma da fəaliyyətdədir. Qeyd etmək istəyirəm ki, rayonda mövcud olan bütün məscidlərdə islam dini ayinlərinin icra olunması üçün hər bir şərait yaradılmışdır.
Rayon İcra Hakimiyyəti dindarlarla işi daim diqqət mərkəzində saxlayır, onların iştirakı ilə rayonda mövcud dini duruma həsr olunmuş tədbirlər keçirilir, geniş fikir mübadilələri aparılır.
Çıxışının sonunda X.Məmmədov bildirmişdir ki, “Dini etiqad azadlığı haqqında” Qanunun yerinə yetirilməsi bizim hər birimizdən böyük məsuliyyət, fəal vətəndaşlıq mövqeyi tələb edir. Hər bir Azərbaycan vətəndaşı müqəddəs dinimizin mədəni-əxlaqi sərvəti kimi tətbiq olunması üçün bütün vasitələrdən istifadə etməyə, dini maarifləndirmə işini gücləndirməyə, milli-mənəvi dəyərlərimizi qorumağa borcludur. Bu gün bütün dindarlarımızın da üzərində olan əsas məsuliyyətlərdən biri də daim inkişaf və tərəqqi edən, dünyəvi dövlətə çevrilən Azərbaycanın çiçəklənməsinə öz töhfələrini verməkdir. Bu şərəfli yolda hər birimiz var qüvvələrimizlə çalışmalıyıq.
Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr əvəzi Səyyad Salahlı bildirdi ki, “Bu gün müstəqil Azərbaycan dövlətində cəmiyyət və dövlət üçün təhlükə yaratmayan islam və qeyri islam dini, ideya-siyasi cərəyanlar, və məzhəblərə münasibət birmənalıdır. Onlar fəaliyyətlərini həyata keçirməkdə bərabər hüquqa malikdirlər.1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasında insanların bütün azadlığı, o cümlədən dini azadlığı təsbit edilmiş, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilərək dinimizin yad təsirlərdən qorunmasına, digər mənfi meyllərin qarşısının alınmasına hərtərəfli şərait yaradılmışdır. Respublika Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin də yerli icra strukturları ilə birlikdə keçirdiyi tədbirlərdə, görüşlərdə əsas məqsədi Respublikamızda dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini-maarifləndirmə işinin təşkili və həyata keçirilməsi, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərinin həlli prosesinə cəlb olunması olduğunu diqqətə çatdırmaqdır.
Milli Təhlükəsizlik Nazirliyi Biləsuvar rayon şöbəsinin rəisi İlqar Quliyev çıxış edərək, bu sahədə gördükləri işlərdən danışaraq bildirdi ki, ölkəmizdə siyasi sabitliyi bu gün də pozmağa çalışan xarici və daxili qüvvələr vardır.Biz öz işimizlə daim çalışırıq ki, dövlətçiliyimizə və müstəqilliyimizə zərbə vurmaq istəyən, din pərdəsi altında gizlənərək öz çirkin əməllərini həyata keçirmək istəyənlər qanun qarşısında cavab versinlər.
Digər çıxış edən natiqlər də bu sahədə görülən işlərdən danışaraq dinimizi yad ünsürlərdən qorumanın yolları barədə fikir mübadiləsi apardılar.