Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsi yad olundu.

20 iyun 2014 | 15:00

19 iyun  2014-cü ildə Biləsuvar  rayonunda  Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun xatirəsi yad olundu.
Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, rayonun idarə, müəssisə, təşkilatlarının  rəhbərləri, veteranlar, gənclər, rayon ictimaiyyəti və KİV nümayəndələri Milli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşmüşlər.
Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov ziyarət zamanı Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışaraq, qeyd etmişdir ki,” O, xidmət etdiyi  cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək əsl bir cəngavər kimi 5 saat təkbaşına döyüşür. Ermənilər əvvəlcə elə zənn edirlər ki, onlara qarşı Azərbaycan ordusu hücuma keçib. Gecənin qaranlığında çaşbaş qalan düşmən Azərbaycan əsgərinin göstərdiyi bu şücaətin qarşısında ağır itkilər verir. Düşmən bir neçə saat davam edən bu döyüşə əlavə qüvvə cəlb edir. Elə bu amansız döyüşdə Mübariz İbrahimov qəhrəmancasına həlak olur.Mübarizdə olan Vətən, torpaq sevgisi,  vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. O, öz şərəfli ölümü ilə, öz qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi.”
X.Məmmədov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mübariz İbrahimov torpaqlarımızın azadlığı uğrunda rəşadətli və müstəsna xidmətlərinə görə  "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü.Ölkə Prezidenti tərəfindən Mübarizin qəhrəmanlığına  verilən bu yüksək qiymət respublikamızın hər yerində igid vətən əsgərinin qəhrəmanlığına, döyüş rəşadətinə verilmiş layiqli qiymət kimi qarşılandı. Mübariz ölumün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut etdi.Bu şücaəti ilə Mübariz Azərbaycan gəncliyinə başucalığı gətirdi. Bu gün hər bir  gənc  Mübariz qəhrəmanlığından  örnək alır, nümunə götürür.Bizim tədris müəssisələrimizdə, tədbirlərimizdə gənclərimizə Mübariz vətənpərvərliyi aşılanır.Hərbi xidmətə yola salınan gənclərimizə vətənin necə qorumağı Mübarizdən öyrənmələri təbliğ olunur.”
Milli Qəhrəmanın atası Ağakərim  İbrahimov   ölkə rəhbərliyi tərəfindən onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin təşəkkürünü bildirdi.
Sonra ziyarət iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova  məxsus müxtəlif şəkillər, haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət böyük guşə ilə tanış oldular.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər