Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar şəhər 4 saylı tam orta məktəbdə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirildi.

31 may 2014 | 15:00

30 may 2014-cü il  tarixdə Biləsuvar şəhər 4 saylı tam orta məktəbində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş  tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının müavini Xəyalə xanım Qəmbərova, rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov, məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak etdi.
Tədbiri giriş sözü ilə açan şəhər 4 saylı məktəbin direktor müavini E.Abbasova 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı ətraflı məlumat verdi.
Sonra  Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının müavini Xəyalə xanım Qəmbərova çıxış edərək “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə rayon İcra Hakimiyyətinin başçısı Mahir müəllimin adından uşaqları təbrik etdi və onlara göstərilən dövlət dəstəyindən danışdı. X.Qəmbərova qeyd etdi ki, ölkəmizin bütün bölgələrində  olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir, uşaqlarımızın normal yaşaması, onların sağlamlığı, təhsili, əyləncəsini təşkil etmək üçün mütəmadi olaraq  müxtəlif tədbirlər həyata keçirilir.Bu gun uşaqlara göstərilən dövlət qayğısının tərkib hissəsi olaraq rayonda  yeni-yeni bağçalar tikilir, məktəblər inşa olunur, yeni parklar salınır.Uşaq hüquqlarının müdafiəsi ilə bağlı onlarca qeyri hökumət təşkilatları maarifləndirmə işləri aparır və onlara əməli köməkliklər göstərilir.X.Qəmbərova bir daha uşaqları təbrik edərək bildirdi ki, rayonumuzda həyata keçirilən bu tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Tədbirdə  çıxış edənlər bir daha uşaqları təbrik etdilər və onlara gələcək işlərində uğurlar dilədilər.
Sonda məktəbin şagirdləri tərəfindən hazırlanmış şeir, səhnə və  rəngarəng rəqs tövhələri nümayiş olundu.

Keçidlər