Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunun ümumtəhsil məktəblərində tədris ilinin yekunları ilə bağlı tədbirlər keçirilmişdir.

02 iyun 2014 | 15:00

31 may 2014-cü il tarixdə Biləsuvar rayonunun təhsil müəssisələrində növbəti tədris ilinin yekunları ilə bağlı tədbirlər keçirildi.
Rayonun 36 ümumtəhsil məktəbində keçirilən bu tədbirlərdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri, valideynlər, müəllim və şagirdlər iştirak etdi.
Biləsuvar şəhər Nizami adına 1 saylı tam orta məktəbdə keçirilən tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək məktəbin kollektivinə, şagirdlərə və valideynlərə öz təbriklərini çatdırdı.M.Quliyev təhsli sahəsində görülən işlərdən danışaraq qeyd etdi ki, Ölkəmizin Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısının nəticəsidir ki, bu gun rayonumuzda təhsil sahəsində ölçüyəgəlməz işlər aparılır.Yeni-yeni məktəblər inşa olunur, əsaslı təmir edilir, yeni inventarlarla təchiz olunur.Məhz bu qayğının məntiqi nəticəsi olaraq hər bir müəllim üzərlərinə düşən vəzifələri layiqincə icra etməli, həb bir şagird elmə, təhsilə mükəmməl yiyələnməlidir.Şagirdlər həyata hərtərəfli yetişkin, vətənpərvər, savadlı gənclər kimi hazırlanmalıdır.Bu sahədə  müəllimlərimizin üzərlərinə böyük yük düşür.
Digər çıxış edən natiqlər də məktəbin kollektivinə və 11-cilərə xoş arzularını bildirdilər.
Sonra təhsli sahəsində uğur qazanan müəllim və şagirdlər mükafatlandırıldı və 31 may- son zəng çalındı.
Tədbirdə incəsənət ustalarının ifasında konsert proqramı və rəqslər nümayiş etdirildi.
Sonda birincilərə hədiyyələr təqdim olundu.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər