Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Parkında “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirildi.

02 iyun 2014 | 15:00

31 may 2014-cü il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Parkında  “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş  tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq müdafiə orqanlarının, aidiyyəti təşkilatların rəhbərləri, təhsil və  tərbiyə müəssisələrindən 200 nəfərə yaxın uşaq iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə   Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
Sonra  Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı cənab Mahir Quliyev çıxış edərək “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə uşaqları təbrik etdi və onlara göstərilən dövlət dəstəyindən danışdı. M.Quliyev qeyd etdi ki, respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir, uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün ilbəil müxtəlif tədbirlər həyata keçirilir.Bu gun uşaqlara göstərilən dövlət qayğısının tərkib hissəsi olaraq rayonda  yeni-yeni bağçalar tikilir, məktəblər inşa olunur, yeni parklar salınır.M.Quliyev bildirdi ki, bu tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Tədbirdə incəsənət ustaları ilə yanaşı, istedadlı uşaqların ifasında konsert proqramları və rəqslər nümayiş etdirildi.
Sonda uşaqlara hədiyyələr təqdim olundu.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər