Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Ulu Öndər Heydər Əliyevin irsinin öyrədilməsi ilə əlaqədar ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə keçirilən dərslər yekunlaşmışdır.

28 may 2014 | 15:00

03 fevral 2014-cü il tarixdən başlayaraq Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə müəyyən edilmiş “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə XI sinif şagirdlərinə dərslərin tədrisinə başlanılmış və 27 may 2014-cü il tarixdə dərslər yekunlaşmışdır. Tədris zamanı hər mövzuya 2 saat ayrılmaqla dərslərin keçirilməsi ilə bağlı tövsiyyələr və tezislər hazırlanaraq təhsil şöbəsinə göndərilmişdir.Rayon üzrə seçilmiş 7 nəfər tarix müəlliminin tədris etdiyi dərslərdə bu müddət ərzində  müəyyənləşdirilmiş 26 tam orta məktəbdən  929 nəfər XI sinif şagirdi iştirak etmişdir.

Keçidlər