Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon Uşaq İncəsənət məktəbində yekun hesabat konserti keçirildi.

25 may 2014 | 15:00

24 may 2014-cü il  tarixdə  Biləsuvar rayon  Uşaq  İncəsənət məktəbi müəllim  və  şagirdlərinin  2013-2014—cü  tədris  ilinin  yekununa  aid hesabat  konserti keçirildi.

      Tədbirdə Biləsuvar rayon  İcra  Hakimiyyəti Başçısının  müavini Xəyalə xanım Qəmbərova,  rayon Mədəniyyət  və  Turizm  şöbəsinin  müdiri  Rəfiqə xanım Cəfərova, məktəbin kollektivi və valideynlər iştirak etdilər.
       Əvvəlcə məktəbin  foyesində  rəssamlıq  şöbəsi  şagirdlərinin rəsm  işlərindən  ibarət əl işlərinə baxış keçirildi. Məktəbin  direktoru M.Rzayev tədbiri giriş  sözü  ilə  açaraq   iştirakçıları  salamladı və hesabat  məruzəsi ilə  çıxış  etdi.
       Sonra məktəbin müəllim  və  şagirdlərinin  iştirakı  ilə  geniş konsert  proqramı  təqdim  olundu.   Əvvəl məktəbin birləşmiş xoru  Əfsər Cavanşırovun “Biz  xoşbəxt  uşaqlarıq” mahnısını ifa  etdi.Sonra məktəbin  müəllim  və  şagirdlərdən  ibarət xalq  çalğı  alətləri ansamblının  müşayiətilə  xanəndəlik(muğam) üzrə  III  sinif  şagirdi  Hüseynzadə  İshaqın ifa  etdiyi  “Heyratı”   ritmik  muğamı  alqışlarla  qarşılandı.Sonra  musiqi şöbəsinin  şagirdlərinin ayrı-ayrı alətlərdə çıxışları  təqdim  olundu.Məktəbin   xoreoqrafiya  sinfi şagirdlərinin   təqdim  etdikləri  xalq  və  bal  rəqsləri  tədbirə  daha da  rəngarənglik  gətirdi. Hesabat  konsertində məktəbin muğam  çıxışı  xüsusilə  fərqləndi.
      Tədbirin  sonunda Biləsuvar rayon  İcra  Hakimiyyəti Başçısının  müavini X.Qəmbərova və  Rayon Mədəniyyət  və  Turizm  şöbəsinin  müdiri  R.Cəfərova  çıxış  edərək   məktəbin  2013-2014—cü  tədris  ilinin  yekununa  aid  hesabat  konsertində  təqdim  olunan  çıxışlar barədə öz  fikirlərini bildirdilər,  məktəbin   kollektivinə  və  şagirdlərə tövsiyyələrini verdilər.

Keçidlər