Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev parkında "Kitab Bayramı" keçirildi.

16 may 2014 | 15:00

15 may 2014-cü il tarixdə Biləsuvar rayon Heydər Əliyev parkında "Kitab Bayramı" keçirildi.Kitab Bayramında Rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə xanım Qəmbərova, aidiyyəti təşkilat rəhbərləri, təhsil və mədəniyyət işçiləri,oxucular iştirak etdilər. Tədbiri giriş sözü ilə Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri R.Cəfərova açaraq bildirdi ki, artıq 6-cı ildir ki, rayonumuzda “ Kitab Bayramı” keçirilir. Bu bayramın keçirilməsi bir ənənə halını almışdır. Kitab Bayramı artıq rayonun mədəni həyatına daxil olan əlamətdar tədbirlərdən birinə çevrilib. Bu ilin kitab bayramı çox əlamətdar tarixilərin qeyd edildiyi günlərə təsadüf edir. Belə ki, bir neçə gün öncə adı həmişə milli dövlətçiliyimiz, müstəqilliyimizlə qoşa çəkilən fenomen siyasətçi kimi tanınan, dahi insan Heydər Əliyevin 91 illik yubileyini təntənə ilə qeyd etmişik. Eyni zamanda Kitab Bayramının keçirilməsi günü 15 may Beynəlxalq Ailə gününə təsadüf edilir.
Sonra Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə xanım Qəmbərova çıxış edərək respubilkamızda kitabxanaların, nəşriyyat işinin inkişaf etdirilməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri barədə ətraflı məlumat verdi.O bildirdi ki,bu gün bu sahəyə diqqət və qayğı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərancamı ilə latın qrafıkalı kitabların kütləvi nəşrinə başlanması bu sahədə çox böyuk irəliləyişlərə səbəb oldu. İndi kitabxanamızda latın qrafikalı ədəbiyyatın sayı 53 mini ötüb keçmişdir.
Sonra tədbir iştirakçıları kitab sərgisinə baxış keçirdilər, mədəniyyət işçilərinin hazırladıqları konsert proqramı nümayiş olundu.

Keçidlər