Biləsuvar rayonunda “Azərbaycan regionlarında məişət zorakılığına qarşı hüquqi maarifləndirmənin təşkili” layihəsi çərçivəsində dəyirmi masa keçirildi.
19 may 2014-cü il tarixdə Biləsuvar rayonunda Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İctimai Birliyinin və Biləsuvar rayon İcra Hakimiyyətinin təçkilatçılığı ilə “Azərbaycan regionlarında məişət zorakılığına qarşı hüquqi maarifləndirmənin təşkili” layihə çərçivəsində dəyirmi masa keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçiləri, Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai birliyinin sədri Elçin Abdullayev, Rayon Qadınlar Şurasının sədri Xalidə Ağayeva, rayonun digər rəhbər və ziyalı qadınları iştirak etdi.Tədbirdə Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İctimai Birliyinin sədri Sevil Allahverdiyeva çıxış edərək təşkilatın fəaliyyətində gender bərabərliyi, qadınların ictimai proseslərdə iştirakı, məhbus qadınların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı.Ekspert Elçin Abdullayev Qadınlara qarşı zorakılığın qarşısının alınması və qadınların kişilərlə bərabər hüquqlarla təmin olunması kimi aktual məsələlərdən danışdı.
Rayon Qadınlar Şurasının sədri Xalidə Ağayeva zorakılığın baş vermə səbəbləri, formaları və digər nəticələi haqqında ətraflı məlumat verdi.
Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçisi Ləman Yüzbaşova ,Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanının məsul katibi Məhərrəm Qurbanov dünyada insanlar gender əsaslı zorakılıga qarşı mübarizə aparmaq və stereotipləri dəyişməyə yönəlmiş tədbirlərin vacibliyini vurğuladılar. Mövzu ətrafında geniş müzakirələr aparıldı.