Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyətində rayon sakinlərinin müraciətləri dinlənildi.

08 aprel 2022 | 16:00

8 aprel 2022-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinə müraciət edən 10 nəfər vətəndaşın müraciəti dinlənildi.
Onlayn formatda keçirilən qəbul zamanı sakinlərin müraciətləri əsasən maddi köməklik olunması, işlə təmin olunma, məşğulluğun  təmin edilməsi, torpaq məsələləri və eləcə də digər sosial müdafiə məsələlərini əhatə edib.
Vətəndaşların müraciətlərini  dinləyən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Azər Cəfərli səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq göstərişlər verib. Bir sıra məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən  müraciətlər isə araşdırılaraq qanunamüvafiq qaydada həll edilməsi üçün icraata götürülüb.
Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə diqqətlə yanaşıldığı üçün məmnunluqlarını ifadə ediblər.

Keçidlər