Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda növbəti təntənəli nigah mərasimi keçirilmişdir.

19 may 2014 | 15:00

18 may 2014-cü il tarixdə  Biləsuvar rayonunda növbəti təntənəli toy mərasimi oldu. Heydər Əliyev Mərkəzində iki  gəncin  - Aqil  və  Ləmanın  nigahlarının  qeydə  alınması  mərasimi  keçirildi.
Nigah mərasimindən öncə gənclər Heydər Əliyev  parkına gələrək Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar. Sonra gənclər Heydər Əliyev Mərkəzində olmuş, burada Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.Nigah mərasimində   gənc  ailələrin  valideynləri,  yaxın  qohumları, Biləsuvar  rayon  İcra  Hakimiyyətinin  məsul  işçiləri , VVADQ şöbəsinin əməkdaşları və  Heydər  Əliyev  Mərkəzinin  işçiləri  iştirak  etdilər.
Mərasimində çıxış edənlər təntənəli nigah mərasimlərinin keçirilməsinin bir ənənə halını aldığını bildirdilər və  yeni ailə quran  cütlüyə xoşbəxtlik arzuladılar.Mərasim iştirakçıları yeni ailə quran gənclərin nikah mərasimlərinin müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyev Mərkəzində keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını bildirdilər.Sonra gənclər arasında nikah müqaviləsi rəsmləşdirildi  və  gənclərə nikah şəhadətnaməsi təqdim olundu.
Sonda mərasim iştirakçıları və gənclər musiqi sədaları altında rəqs etdilər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər