Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda növbəti ağacəkmə aksiyası keçirildi.

02 aprel 2022 | 16:00

2 aprel  2022-ci  il   tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda  növbəti ağacəkmə aksiyası  keçirildi.
Aksiyada  Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, İcra Hakimiyyətinin kollektivi və inzibati ərazi dairələri üzrə bütün icra nümayəndəlikləri aktiv şəkildə iştirak etdi.
Növbəti ağacəkmə aksiyası əvvəlcə “Vətən Bağı” adlanan ərazidə və  Biləsuvar rayon İcra Hakimiyyətinin yerləşdiyi Heydər Əliyev Parkında aparıldı.
Sonra isə ötən il Biləsuvar rayon İcra Hakimiyyətinin və Gənclərin   İnkişaf və Karyera Mərkəzinin  Biləsuvar nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən "Gənclər Kəndi" səsverməsində qalib olmuş rayonun  Ağayrı kəndində yeni salınan “Gənclər Pakında” ağacəkmə kompaniyası keçirildi. Aksiyada rayon rəhbərliyi, Gənclərin Karyera və İnkişaf Mərkəzinin Biləsuvar nümayəndəliyinin könüllüləri, kənd sakinləri, gənclər və şəhid ailələri iştirak etdilər.
Bu gün həmçinin inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərinin təşkilatçılığı ilə  kəndlərimizdə ağacəkmə aksiyaları təşkil olunaraq xan çinarı, şam və digər ağac növləri olmaqla 800 ədəd ağac əkilərək  suvarılmış,  ərazilər alaq otlarından təmizlənərək ağaclarda əhəngləmə işləri aparılmışdır.
Rayonda yaz fəsli boyu davam edəcək ağacəkmə kompaniyası və iməciliklər çərçivəsində Biləsuvar şəhərində və kəndlərdə münlərlə müxtəlif növ ağacların və gül kollarının əkilməsi, kəndlərdə yol kənarlarının və müxtəlif ərazilərin təmizlənməsi nəzərdə tutulmuşdur.

 

Keçidlər