Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov rayon sakinlərinin müraciətlərini dinlədi.

01 aprel 2022 | 16:00


Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov 1 aprel 2022-ci il tarixdə müxtəlif məsələlərlə bağlı Rayon İcra Hakimiyyətinə müraciət edən 20 nəfər vətəndaşın müraciətlərini dinlədi.
Onlayn formatda keçirilən qəbul zamanı sakinlərin müraciətləri əsasən maddi köməklik olunması, işlə təmin olunma, məşğulluğun  təmin edilməsi, torpaq məsələləri və eləcə də digər sosial müdafiə məsələlərini əhatə edib.
Vətəndaşların müraciətlərini  dinləyən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq göstərişlər verib. Bir sıra məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən  müraciətlər isə araşdırılaraq qanunamüvafiq qaydada həll edilməsi üçün icraata götürülüb.
Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə diqqətlə yanaşıldığı üçün məmnunluqlarını ifadə ediblər.

 

 

 

 

 

 

Keçidlər