Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Dövlət Təhlükəsizliyi Xidməti orqanları işçilərinin peşə bayramı qeyd olundu.

28 mart 2022 | 16:00

28 mart tarixində  Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, DTX-nin Biləsuvar  rayon şöbəsinin kollektivi,  rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyev Parkına gələrək Ulu öndərin abidəsini ziyarət etdilər və əziz xatirəsinə gül dəstələri düzdülər.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov Dövlət Təhlükəsizliyi Xidməti orqanlarının bütün əməkdaşlarını, o  cümlədən    rayon  şöbəsinin kollektivini  28 mart-Peşə bayramları münasibətilə   təbrik  edərək,  onlara  cansağlığı,  çətin  və    şərəfli  işləridə   yeni-yeni  uğurlar  arzuladı.
Bildirdi ki, Dövlət Təhlükəsizliyi Xidməti orqanları yarandığı ilk gündən əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik ənənələrinə daim sadiq qalaraq,  dövlət başçısı cənab İlham Əliyevin Azərbaycanın dinamik inkişaf edən və qüdrətlənən dövlətə çevrilməsi yolundakı əzmkar fəaliyyətində ən yaxın silahdaşı olmuşdur.Xidməti vəzifələrinin icrasında ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, qanunun aliliyini, humanizm, dövlət prinsiplərini rəhbər tutan Təhlükəsizlik orqanları üzərinə düşən əzəmətli vəzifələrin öhdəsindən yüksək peşəkarlıqla gəlirlər.
Dövlət Təhlükəsizliyi Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi, polkovnik Araz İsgəndərov  onlara göstərilən  yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.

Keçidlər