Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Ismətli kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi

09 mart 2022 | 16:00

09 mart 2022-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısının Ismətli kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.Görüşdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov,aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri iştirak etdi.                                                                                                                                                                      Səyyar qəbulda İsmətli  kənd İcra nümayəndəsi Mübariz Mürsəlov   çıxış edərək kənddə görülmüş işlərdən danışdı və qarşıda duran problemlər barədə məlumat verdi.Qeyd etdi ki, İsmətli  kəndində 700 təsərrüfatda 4740 nəfər əhali yaşayır.Kəndin ümumi torpağ fondu 2334 hektardır.Kənddə   tam orta məktəb,  tibb məntəqəsi, klub,  kitabxana, poçt şöbəsi, rabitə qovşağı və digər sosial obyektlər fəaliyyət göstərir.Mübariz Mürsəlov görülən işlərə görə sakinlər adından ölkə Prezidenti  cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirdi.
Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov  səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirərək, respublikamızda və rayonumuzda aparılan bu günkü hərtərəfli inkişafdan danışdı.
Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır.Rayonda  kənd təsərrüfatı, xüsusilə pambıqçılıq yüksək sürətlə inkişaf edir. Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması,  insanlarımızın fəaliyyəti üçün  iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
Görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov İsmətli  kənd əhalisinin problemlərini dinlədi və vətəndaşlar tərəfindən qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.

 

 

Keçidlər