Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı vətəndaşların müraciətlərini dinlədi.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov 04 mart 2022-ci il tarixdə müxtəlif məsələlərlə bağlı müraciət edən 13 nəfər rayon sakinini onlayn formatda qəbul etdi.
Sakinlərin müraciətləri əsasən maddi köməklik olunması, işlə təmin olunma, məşğulluğun təmin edilməsi, torpaq məsələləri və eləcə də digər sosial müdafiə məsələlərini əhatə edib.
Vətəndaşların müraciətlərini dinləyən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq göstərişlər verib. Bir sıra məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq qanunamüvafiq qaydada həll edilməsi üçün icraata götürülüb.
Qəbulda iştirak edən vətəndaşlar onların müraciətlərinə diqqətlə yanaşıldığı üçün məmnunluqlarını ifadə ediblər.