Biləsuvar rayonunda ağacəkmə aksiyası davam etdilir.
01 mart 2022 | 16:00
01 mart 2022-ci il tarixdə Biləsuvar rayonunda "Yaşıl Biləsuvar" layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirildi. Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Gənclər və İdman İdarəsinin kollektivi, Kommunal Müəssisələr Kombinatının kollektivi iştirak etdilər. Aksiya çərçivəsində rayonun Mərkəzi Parkında, Rayon Mərkəzi Xəstəxanasının həyətyanı ərazisində 200 ədəd palıd ağacı, 50 ədəd göyrüş ağacı olmaqla 250 ədəd ağaç əkildi.
Rayon ərazisində ağacəkmə aksiyası mütəmadi davam etdirilir.