Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “İdman həftəsi” çərçivəsində voleybol üzrə rayon birinciliyi keçirilib.

01 mart 2022 | 16:00

01 mart 2022-ci il tarixində “İdman həftəsi” çərçivəsində Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin, Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Rayon Mərkəzi Parkında voleybol idman üzrə rayon birinciliyi keçirilib.
  6 komandanın iştirakı ilə keçirilən turnirin yekun nəticələrinə görə Biləsuvar Peşə Liseyinin komandası  I yerə,  İnternat tipli lisey-məktəbin komandası II yerə, Şəhər 4 saylı tam orta məktəbin komandası isə III  yerə layiq görülərək Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələri ilə mükafatlandırılıb.
  Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri qalib komandaları təbrik edib, uğurlarının davamlı olmasını arzuladılar.
  Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd 5 Mart Bədən Tərbiyəsi və İdman Gününün qeyd edilməsi, gənclərin asudə vaxtını sağlam-səmərəli keçirməsi və voleybol idman növünə marağın artırılmasıdır.

 

 

 

 

 

 

Keçidlər