Biləsuvarda Xocalı soyqırımının 30-cu ildönümü qeyd edildi.
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri Mərkəzi Parkda yerləşən “Ana” abidəsi ziyarət ediblər. Ziyarət zamanı abidə üzərinə gül dəstələri düzülüb, Xocalıda qətl edilmiş həmvətənlərimizin ruhuna dualar oxunub.
Daha sonra Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının , idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivlərinin iştirakı ilə Mərkəzi Parkda və Rayon Mərkəzi Xəstəxanasının həyətində simvolik olaraq 613 ədəd ağac əkilib və suvarılıb.