Biləsuvar rayon Səhiyyə işçiləri Ümummlli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirmişlər.
05 may 2014-cü il tarixdə Biləsuvar rayon Səhiyyə işçiləri Ümummmilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirmişlər.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə xanım Qəmbərova, rayon Səhiyyə Şöbəsinin müdiri Şamil Cəfərov və rayonun çoxsaylı həkim kontingenti iştirak edirdi.Əvvəlcə Ulu öndərin abidəsi ziyarət olundu, önünə gül dəstələri qoyuldu.Tədbir Ulu Öndərə həsr olunmuş qısametrajlı filmin nümayişi ilə başladı.Sonra Səhiyyə Şöbəsinin müdiri Şamil Cəfərov şıxış edərək Ulu Öndərin həyat və fəaliyyətindən, onun rəhbərliyi dövründə həyata keçirdiyi səhiyyə islahatlarından, bu sahədə gördüyü ölçüyəgəlməz işlərdən danışdı.O, qeyd etdi ki, Ulu Öndər respublikamıza rəhbərliyinin hər iki dövründə çalışmışdır ki, ölkəmizdə inkişaf etmiş bir səhiyyə sistemi olsun, müasir tələblərə cavab verən xəstəxanalarımız fəaliyyət göstərsin və burada ixtisaslı və savadlı həkimlərimiz çalışsınlar.Bu gün ölkəmizdə bu siyasəti cənab Prezidentimiz İlham Əliyev uğurla davam etdirir.Artıq hər bir rayonumuzda ən müasir formada fəaliyyət göstərən tibb müəssisələrimiz vardır.Rayonumuzda da yaxın vaxtlarda əsaslı təmiri başa çatacaq Mərkəzi xəstəxanamızın binasının aşçılış mərasimi olacaqdır.
Sonra Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə xanım Qəmbərova çıxış edərək Ulu Öndərin müdrikliyi, uzaqgörənliyi, Azərbaycanda taleyüklü məsələlərin həllində atdığı qətiyyətli addımlardan danışdı.O bildirdi ki, Heydər Əliyev istər sovetlər dönəmində Azərbaycana rəhbərliyi dövründə, istərsə də 1993-cü ildəki qayıdışından sonra ölkəmizin inkişafı məqsədilə bir çox ölçüyəgəlməz layihələr həyata keçirdi. Ulu Öndər müasir dövlətçilik sistemimizin siyasi dayaqlarını yaratmaqla XX əsrin sonunda yenidən əldə etdiyimiz müstəqilliyimizin əbədi və dönməz xarakter almasına nail olmuşdur. Məhz bu kimi misilsiz xidmətləri sayəsində Heydər Əliyev xalqının siyasi və dövlətçilik şüurunda ümummilli lider yüksəkliyini fəth etmişdir.
Tədbirdə çıxış edən səhiyyə işçiləri Ulu Öndərin həyat və yaradıcılığını geniş şəkildə şərh etdilər.