Biləsuvar rayonunda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi.
24 fevral 2022-ci il tarixdə Biləsuvar rayonunda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi.
Biləsuvar Rayon İcra Hakimiyyəti və Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbirin əvvəlində Biləsuvar Rəsm qalereyasının rəssamlarının və məktəblilərin Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirildi. Daha sonra vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.
Tədbirdə həmçinin Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Oğurlanmış talelər" tamaşası nümayiş olundu. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək Xocalı faciəsinin tarixindən, Azərbaycan xalqının əzmindən, yenilməzliyindən bəhs etdi. Qeyd olundu ki, Xocalı faciəsi bəşər tarixi boyunca insan hüquqlarının pozulmasının ən ağır nümunələrindən biridir. Xalqımıza qarşı törədilmiş bu cinayət bir gün belə unudulmamışdır.
Allah vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin.