Biləsuvarda "Narkomaniyaya yox deyək" adlı tədbir keçirilib.
10 fevral 2022-ci il tarixində Biləsuvar rayon Səmədabad kənd Ə.Almasov adına tam orta məktəbdə 9-11-ci sinif şagirdlərinin iştirakı ilə "Narkomaniyaya yox deyək" adlı tədbir keçirilib.
Görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nəsib Məmmədov, Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon Şöbəsinin rəisi Nağı Cəfərov, Biləsuvar rayon Səmədabad kənd polis bölməsinin rəisi Eldəniz Vəliyev və digər qonaqlar iştirak edib. Çıxışlar zamanı təhsilalanlara narkomaniyanın gətirdiyi bəlalar, onun istifadəçilərinin qarşılaşdığı faciələr, onun fəsadlarından bəhs edilib, eyni zamanda sağlam həyat tərzinin üstünlükləri onların diqqətinə çatdırılaraq, ölkəmizdə narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən bəhs edilib. Tədbir zamanı yuxarı sinif şagirdləri arasında keçirilən "Narkomaniyanın fəsadları və ona qarşı mübarizə" adlı inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.