Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Biləsuvar rayon təşkilatı sədrinin rayon ictimayyətinin nümayəndələrinə təqdimatı oldu

10 fevral 2022 | 16:00

Fevral ayının 10-da Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə YAP Biləsuvar rayon təşkilatı sədrinin rayon ictimayyətinin nümayəndələri ilə görüşü keçirildi.
  Görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov,Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, partiya fəalları iştirak etdilər.
   Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edildi,  abidənin  önünə gül dəstələri qoyuldu.Tədbir Heydər Əliyev Mərkəzinin iclas zalında davam etdirildi.
    Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident cənab  İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının tarixən zəngin və şərəfli inkişaf yolu keçdiyini bildirdi. Faiq Qürbətov YAP Biləsuvar rayon təşkilatının yeni sədri Kamil Qurbanlının gənc yaşlarından müxtəlif vəzifələrdə çalışdığını, təcrübəli, savadlı, dövlətçiliyə sadiq olduğunu qeyd edərək onu sədr təyin olunması münasibətilə təbrik edib,  gələcək işlərində uğurlar arzuladı.
    YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə və partiya rəhbərliyinə minətdarlığını bildirərək bu etimadı layiqincə doğruldmaqdan ötrü bütün bilik, bacarıq və təcrübəsini sərf edəcəyini qeyd etdi. Bu gün öz ətrafında 800 minə yaxın insanı birləşdirməklə Yeni Azərbaycan Partiyası nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi təşkilatına çevrildiyini vurğuladı. Bütün bu nailiyyətlərin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməlin və bu gün Prezident, Müzəffər Ali Baş Komandan, partiyanın sədri cənab İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin nəticəsində mümkün oluduğunu iclas iştirakçılarının nəzərinə çatdırdı. O, öz çıxışında Partiyanın VII Qrultayından sonra Nizamnamə və Əssanamədəki dəyişikliklərdən söz açaraq, bütün bunların partiyanın dinamik inkişafı üçün atılmış tarixi, zəruri addımlar olduğunu bildirdi. Qarşıda duran vəzifələrdən və hal-hazırda görülməkdə olan işlərdən danışan natiq partiya üzvlərinin siyasi fəallığnın artırılmasının zəruriliyini vurğuladı.
     Tədbirdə çıxış edən Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, partiya fəallarından Akif  Kazımov və Məhərəməli Kazımlı Yeni Azərbaycan Partiyasının bu gün misilsiz nailiyyətləri ilə alternativsiz siyasi təşkilata çevrildiyini bildirdilər. Onlar  Kamil Qurbanlını yeni təyinatı münasibətilə təbrik edib, ona müvəffəqiyyətlər arzuladılar.

 

Keçidlər