Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının Peşə bayramı və Xidmətin yaradılmasının 10-cu ildönümü münasibətilə tədbir keçirildi.

12 fevral 2022 | 16:00

12 fevral 2022-ci il tarixdə Biləsuvar rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Əməkdaşlarının Peşə bayramı və Xidmətin yaradılmasının 10-cu ildönümü münasibətilə tədbir keçirildi.
Tədbirdə iştirak edən  Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon Şöbəsinin  Əməkdaşları Heydər Əliyev Parkına gələrək Ulu öndərin abidəsini ziyarət etdilər və gül dəstələri düzdülər.
Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarını təbrik etdi və ən xoş arzularını çatdırdı.
Qeyd olundu ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  yaradılmasında əsas məqsəd əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu prosesinə əhəmiyyətli təkan vermək, çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılmasıdır.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon Şöbəsinin  rəisi Nağı Cəfərov əməkdaşları təbrik edərək, qeyd etdi ki, bu dövlət qurumu gənclərin hərbi-vətənpərvərlik tərbiyəsini, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığını, həqiqi hərbi xidmətə çağırışını, ehtiyatda xidmətkeçməsini, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışını, xüsusi hərbi ixtisaslar üzrə hazırlığını, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığını həyata keçirir.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 10-cu ildönümünə həsr olunmuş videoçarx nümayiş olundu.
Sonda tədbirdə iştirak edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon Şöbəsinin əməkdaşlarına Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələr təqdim olundu.

Keçidlər