Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı vətəndaşların müraciətlərini dinlədi.

11 fevral 2022 | 16:00

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov 11 fevral 2022-ci il tarixdə müxtəlif məsələlərlə bağlı müraciət edən 14 nəfər rayon sakinini  onlayn formatda qəbul etdi.
Sakinlərin müraciətləri əsasən maddi köməklik olunması, işlə təmin olunma, məşğulluğun  təmin edilməsi, torpaq məsələləri və eləcə də digər sosial müdafiə məsələlərini əhatə edib.
Vətəndaşların müraciətlərini  dinləyən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq göstərişlər verib. Bir sıra məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən  müraciətlər isə araşdırılaraq qanunamüvafiq qaydada həll edilməsi üçün icraata götürülüb.
Qəbulda iştirak edən vətəndaşlar onların müraciətlərinə diqqətlə yanaşıldığı üçün məmnunluqlarını ifadə ediblər.

 

 

Keçidlər