Biləsuvar rayonunda Ümummlli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
7 may 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasınının 91-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirildi.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirli, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun müşaviri, professor Musa Quluzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları, veteranlar və kütləvi informasiya vasitələri nümayəndələri iştirak edirdi.Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildirdilər.Tədbir Dövlət Himni ilə başladı, sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev Ulu Öndərin həyat və fəaliyyəti haqqında geniş məruzə etdi.O, bildirdi ki, Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.Bu gün Ulu öndərin qurub yaratdığı və bizə yadigar qoyduğu müstəqil respublikamız Cənab Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə qorunur, inkişaf elətdirilir və dünyada söz sahibi olan ölkəyə çevrilir.
Sonra Milli Məclisin deputatı Xanhüseyn Kazımlı çıxış edərək Ulu Öndərin hakimiyyətə gəlişi və siyasi fəaliyyəti, Azərbaycanın o dövrki taleyüklü problemlərin həllində Ulu Öndərin uzaqgörən siyasəti və müdrikliyi haqqında ətraflı danışdı.
Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirli 1990-cı illərin əvvəllərindən başlayaraq Ulu Öndərin ilk dəfə müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdən siyasi fəalliyyət sferasını geniş şəkildə analiz edərək, Azərbaycan Respublikasının dünya dövlətləri ilə əməkdaşlığında Ulu Öndərin xüsusi xidmətləri olduğunu qeyd etdi.
Tarix elmlər doktoru, professor Musa Quluzadə çıxış edərək Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq müasir dövlətçilik ənənəsinin yaranmasına qədər keçdiyi inkişaf yolunu geniş şəkildə izah etdi.
Daha sonra YAP-ın rayon təşkilatının sədri Kamil Mirzəyev, Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Heydər Əliyev Mərkəzin direktoru Səyalə Şahbazova, Həkim Xoşbəxt Ağayeva çıxış edərək Ulu Öndərin istər sovetlər ittifqı zamanı, istərsə də müstəqil respublikamıza rəhbərliyi dövrlərində həyata keçirdiyi islahatlardan,dövlət quruculuğu sahəsində gördüyü işlərdən, ölkənin sosial inkişafına yönəlmiş layihələrdən danışdılar.