Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirildi.

04 fevral 2022 | 16:00

02 fevral 2022-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı cənab Faiq Qürbətovun  2021-ci ilin yekunlarına dair keçirdiyi yığıncaqda verdiyi tapşırıqlarına əsasən 2022-ci il ərzində həyata keçirilməsi nəzərdə tutulan işlərə dair Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər Planına əsasən il ərzində rayon aktivlərinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, ziyalılarının iştirakı ilə  mütəmadi olaraq Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları, veteranlar,  dini ayin icraçıları, gənclər, qadınlar, əlillərlə bağlı görüşlər keçirilməsi planlaşdırılır. Görüşlərin məqsədi qeyd olunan kateqoriyadan olan insanların həyat şəraiti, işguzar fəaliyyəti ilə yaxından tanış olmaq, onların qayğıları ilə maraqlanmaq, əməli köməkliklər göstərməkdir.
Rayon rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq fevral ayından start götürən görüş ilk olaraq Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə keçirildi.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının rəhbərləri , idarə, təşkilat, müəssisə rəhbərləri  iştirak ediblər, şəhidlərin ailə üzvlərinin problemləri  rayon rəhbərliyi və aktivlər tərəfindən dinlənilib və ailələrin təklifləri dəyərləndirilib, əməli köməklik göstərilməsi istiqamətində müvafiq addımlar atılıb.
Şəhid ailələri ilə keçirilən səmimi görüşün sonunda xatirə şəkli çəkilib və görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə məmnunluqlarını ifadə ediblər.
Sonda şəhid ailələrinin iştirakı və xeyir-duası  ilə Mərkəzi Parkda quraşdırılmış işıqlandırma sistemə işə salınıb.

Keçidlər