Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunun Ağalıkənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirilib.

03 fevral 2022 | 16:00

03 fevral 2022-ci ildə Biləsuvar rayonunun Ağalıkənd  tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirilib.
Görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nəsib Məmmədov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru Məmmədtağı Əhmədov və digərləri çıxış edərək sağlam cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat vermişdir. İstər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan tədbirlərin bu gün aktual xarakter daşıdığı diqqətə çatdırılıb. Ümumtəhsil məktəblərinin mövzu ilə əlaqədar hazırladığı səhnəcik nümayiş etdirilib. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

 

Keçidlər