Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 2 Fevral Gənclər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

02 fevral 2022 | 16:00

  31 yanvar 2022-ci il tarixində Biləsuvar Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Təhsil şöbəsi və GİKM-ın Biləsuvar nümayəndəliyinin dəstəyi, gənc könüllülərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Aksiyanın məqsədi gənclər arasında ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ətraf mühitin qorunması ideyasını aşılamaq və ekoloji problemlərə qarşı mübarizədə gənc nəsli könüllülük fəaliyyətinə səsləməkdir.  Ağacəkmə aksiyasında 50-dən çox gəncin iştirakı ilə 80 ədəd ağac əkilib.

 

Keçidlər