Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 2 Fevral–Azərbaycan Gəncləri Gününə həsr olunmuş bayram tədbiri keçirildi.

02 fevral 2022 | 16:00

Biləsuvar rayonunda 2 Fevral–Azərbaycan Gəncləri Gününə həsr olunmuş bayram tədbiri keçirildi.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, kollektivləri və gənclər iştirak etdi.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək gəncləri  təbrik etdi və onlara xoş arzularını çatdırdı.
Qeyd olundu ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Azərbaycan gənclərinin dinamik inkişafı, ictimai-siyasi fəallığı istiqamətində mühüm addımlar atılır.
Tədbirdə çıxış edən Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev qeyd etdi ki, müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin sosial-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır. Azərbaycan gəncləri ölkəmizin dəyərli vətəndaşları olduqlarını öz fəaliyyətləri ilə sübut etmişlər.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndələyinin direktoru Təhminə Əliyeva da gəncləri təbrik edərək bildirdi ki,  tarixdə böyük şəxsiyyətlərin əksəriyyəti gəncliyə xitab etmişdir. II Forumda gənclərə müraciət edən Ümummilli Liderimiz demişdir: “Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”.
Vətən müharibəsi iştirakçıları adından çıxış edən Elsevər Salayev Azərbaycan gənclərinin yüksək vətənpərvərlik ruhundan, Vətən müharibəsində qazandığımız parlaq qələbədə gənclərin  rolundan danışdı.
Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsi və rayon gəncləri tərəfindən hazırlanmış  musiqili proqram  təqdim olundu, Gənclər Forumlarında iştirak edən biləsuvarlı gənclərin forumlarla bağlı xatirələrini, ölkə rəhbərinin forumlarda proqram xarakterli çıxışlarını, tövsiyələrini  əks etdirən video-çarx  nümayiş olundu.
Sonda rayonumuzun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərmiş gənclərimiz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanla  təltif olundu.

 

Keçidlər