Birinci Qarabağ müharibəsi zamanı igidlik göstərərək həlak olmuş biləsuvarlı şəhidlərimizin yaşadığı evlərə xatirə lövhələri vurulub.
Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən Birinci Qarabağ müharibəsi zamanı igidlik göstərərək həlak olmuş 131 nəfər biləsuvarlı şəhidlərimizin hər birinin xatirəsini əbədiləşdirmək məqsədilə onların yaşadıqları evlərə xatirə lövhələrinin quraşdırılmasına başlanılmışdır.
27 yanvar tarixində rayonun Əsgərabad kəndindən olan qəhrəman şəhidlərimizin xatirə lövhələrinin açılışı oldu.Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin valideynləri və yaxınları iştirak etdi.
1.Kərimov Mehman Xanış oğlu -14.11.1975-ci ildə Biləsuvar rayonu, Əsgərabad kəndində anadan olmuşdur. 18 aprel 1994-cü ildə Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur.
2.Əmirov Ramiz Məcid oğlu -14.08.1970-ci ildə Biləsuvar rayonu, Əsgərabad kəndində anadan olmuşdur. 16 iyul 1995-ci ildə Beyləqan bölgəsində şəhid olmuşdur. Yaşadığı küçə onun adını daşıyır.
3.Babayev Saleh Azadxan oğlu - 26.01.1972-ci ildə Biləsuvar rayon Əsgərabad kəndində anadan olmuşdur. 14 yanvar 1994-cü ildə Ağdam rayonu, Salahlı-Kəngərli kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. Əsgərabad kənd tam orta məktəbi və yaşadığı küçə onun adını daşıyır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!