Biləsuvar rayon Təhsil işçiləri Ümummlli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirmişlər.
02 may 2014-cü il tarixdə Biləsuvar rayon Təhsil işçiləri Ümummmilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirmişlər. Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə xanım Qəmbərova, rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımov, şəhər və kənd məktəblərinin direktorları, ümümtəhsil məktəblərin müəllim və şagirdləri iştirak edirdi.Tədbir Ulu Öndərə həsr olunmuş qısametrajlı filmin nümayişi ilə başladı.Sonra Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımov Ulu Öndərin həyat və fəaliyyətindən, onun rəhbərliyi dövründə həyata keçirdiyi təhsil islahatlarından, təhsilə verdiyi töhvələrdən və müəllim adına verdiyi yüksək qiymətdən danışdı.
Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə xanım Qəmbərova tədbirdə çıxış edərək Ulu Öndərin müdrikliyi, uzaqgörənliyi, Azərbaycanda taleyüklü məsələlərin həllində atdığı qətiyyətli addımlardan danışdı.O bildirdi ki, Heydər Əliyev istər sovetlər dönəmində Azərbaycana rəhbərliyi dövründə, istərsə də 1993-cü ildəki qayıdışından sonra ölkəmizin inkişafı məqsədilə bir çox ölçüyəgəlməz layihələr həyata keçirdi. Ulu Öndər müasir dövlətçilik sistemimizin siyasi dayaqlarını yaratmaqla XX əsrin sonunda yenidən əldə etdiyimiz müstəqilliyimizin əbədi və dönməz xarakter almasına nail olmuşdur. Məhz bu kimi misilsiz xidmətləri sayəsində Heydər Əliyev xalqının siyasi və dövlətçilik şüurunda ümummilli lider yüksəkliyini fəth etmişdir.
Tədbirdə çıxış edən təhsil işçiləri Ulu Öndərin həyat və yaradıcılığını geniş şəkildə şərh etdilər.
Sonda tədbir bədii hissə ilə başa çatdı.