Biləsuvarda şəhid ailələrinin üzvləri və qazilər üçün tibbi aksiya təşkil olunub.
15 yanvar tarixində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında torpaqlarımızın azadlığı uğrunda əbədiyyətə qovuşan qəhrəman oğullarımızın ailə üzvləri və yaralı qazilərimiz üçün tibbi aksiya keçirilib.
Tədbirdə iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov aksiyaya görə həkim heyətinə öz minnətdarlığını bildirib.
“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının birgə təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) dəstəyi ilə keçirilən aksiyada məqsəd həssas kateqoriyadan olan soydaşlarımız üçün dövlətin həyata keçirdiyi tədbirlərə dəstək xarakteri daşıyır.
Aksiya çərçivəsində Bakı şəhərində müxtəlif dövlət və özəl xəstəxanalarda çalışan onkoloq, kardioloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə könüllü həkim heyəti tərəfindən şəhid və qazi ailələrinin üzvləri müayinə olunmuş, müvafiq müalicə kursları təyin edilmiş, zəruri dərman vasitələri ilə təmin olunmuş, eləcə də digər patologiya aşkar olunan xəstələr ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilmişdir.