Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaqlarımızın azadlığı uğrunda canından keçən 200 biləsuvarlı şəhidlərinə həsr olunmuş kitabın təqdimatı keçirildi.

29 dekabr 2021 | 16:00

Təqdimat mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı  Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının rəhbərləri, qəhrəman şəhidlərimizin valideynləri, ailə üzvləri və  müharibə iştirakçıları iştirak edib.
Görüş zamanı şəhidlərimizin xatirəsinin dövlətimiz tərəfindən hər zaman ehtiramla yad edildiyini diqqətə çatdıran Faiq Qürbətov bildirib ki, kitab münaqişə başlandığı gündən qələbəyədək olan bir dövrdə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda canından keçən 200  biləsuvarlı qəhrəman şəhidə həsr olunub. Kitabda hər bir şəhid haqqında ətraflı məlumat vardır.  Bu dövrdə canını torpaq uğrunda fəda etmiş rayonumuzdan olan 200 şəhidimiz onilliklər sonra da biləsuvarlıların qəhrəmanları sayılacaq və daim fəxr mənbəyimiz olacaqlar.
Bildiririk ki, “200” adlı kitabın ideya müəllifi və layihə rəhbəri Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətovdur.
Görüş zamanı şəhid ailələri Vətən müharibəsində qazanılan Qələbənin xalqımıza böyük sevinc yaşatdığını vurğulayaraq, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
Tədbir iştirakçılarına Qələbənin simvolu olan Xarıbülbül nişanları və “200” adlı kitab hədiyyə olunmuşdur.

Keçidlər