Şriftin ölçüsü :

Saytın rəngi :

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Biləsuvar rayonunda yerləşən Masallı, Cəlilabad və Biləsuvar Regional İnkişaf Mərkəzinin təqdimat mərasimi keçirildi.

28 dekabr 2021 | 16:00

28 dekabr 2021-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Biləsuvar rayonunda yerləşən Masallı, Cəlilabad və Biləsuvar Regional İnkişaf Mərkəzinin təqdimat mərasimi keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, agentliyin əməkdaşları  və  sahibkarlar  iştirak edərək İnkişaf Mərkəzinin binasına baxış keçirmiş və yaradılan şəraitlə tanış olmuşlar.
Təqdimatda  Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qonaqları salamlayaraq Agentliyin Biləsuvar rayonunda fəaliyyət göstərəcək Masallı, Cəlilabad və Biləsuvar Regional inkişaf mərkəzinin kollektivinə uğurlar arzulayıb. Bildirib ki, regional mərkəzin fəaliyyətə başlaması regionda kiçik və orta biznesin inkişafında  səmərəliliyinin artırılmasına, dövlətin sahibkarların rahat fəaliyyəti üçün yaradılmış mexanizmlərə çıxışının asanlaşdırılmasına xidmət edəcəkdir ki, bunun da nəticəsində bölgədə fəaliyyət göstərən sahibkarların ölkə iqtisadiyyatındakı rolunun daha da  artmasına gətirib çıxaracaqdır.
Regional İnkişaf Mərkəzinin iş şəraiti ilə tanış olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov  mərkəzin əməkdaşlarına öz tövsiyyələrini vermiş və fəaliyyətlərində uğurlar arzulamışdır.O.Məmmədov bildirib  ki, bu inkişaf mərkəzi sayca 11-ci mərkəzdir.Mərkəzlərin fəaliyyəti Mikro, kiçik və orta sahibkarların bilik və bacarıqlarının artırılması, innovasiyalara çıxışının genişləndirilməsi, müasir çağırışlara uyğun təlimlərin təşkili və praktik məsləhət xidmətlərinin göstərilməsi biznesin qurulması və inkişafı üçün çox  əhəmiyyətlidir.
İnkişaf Mərkəzində  hər üç rayondan olan sahibkarlara Biznesin planlaşdırılması və  inkişaf etdirilməsi, Marketinq, Satış,  Biznes sahəsində qanunvericilik,  Maliyyənin idarə olunması, İnsan resurslarının idarə edilməsi və digər istiqamətlər üzrə təcrübəli və peşəkar ekspertlər tərəfindən təlim və seminarlar keçiriləcək, fərdi və qrup halında məsləhət xidmətləri göstəriləcəkdir.

Keçidlər