Biləsuvar şəhərinin 8 küçəsinə asfalt-beton örtüyünün döşənməsi işləri başa çatdırılıb.
Biləsuvar rayon İcra Hakimiyyəti ötən il görülən işlərin davamı olaraq bu il də şəhər daxili yolların yenidən qurulması, təmiri və asfaltlaşdırılması işlərini həyata keçirib. Bu məqsədlə şəhərin müxtəlif istiqamətlərində yerləşən 53 küçəsində ümumi uzunluğu 21.5 kilometr yol qısa vaxt ərzində qum-çınqıl qarışığı ilə üzlənmişdir.
Şəhərin Ş.Qurbanov, M.Müşfiq, C.Cabbarlı, T.İsmayılov, 28 may, 8 mart və S.Əsgərova küçələrində isə ümumi uzunluğu 3.3 km olan asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılmış və qısa vaxt ərzində işlər tam yekunlaşdırılmışdır. Artıq küçələr sakinlərin istifadəsinə verilib.
Biləsuvar rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq növbəti illərdə də təmiri və tikintisi nəzərdə tutulan digər küçə və yollarda işlərin aparılması nəzərdə tutulur.