Biləsuvar rayonunda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qəbulu ilə əlaqədar qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilmişdir
01 may 2014-cü il tarixdə Biləsuvar rayonunda Heydər Əliyev Mərkəzində İqtisadiyyat və Sənaye Nazirinin təşkilatçılığı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda verilən tapşırıqların icrası və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qəbulu ilə əlaqədar qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilmişdir.
Konfransda Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı cənab Mahir Quliyev, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirinin müavini cənab Sahib Məmmədov, Aran və Lənkəran iqtisadi rayonlarına daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin, Dövlət Proqramlarının icraçı təşkilatlarının nümayəndələri, rayonun aidiyyatı idarə, müəssisə, təşkilat rəhbərləri, sahibkarlar , iş adamları və kütləvi informasiya nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoydular.
Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı cənab Mahir Quliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Biləsuvar rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə geniş məruzə etdi.
M.Quliyev bildirdi ki, “Ötən 10 ilin yekunları möhtərəm Prezidentimizin məqsədyönlü daxili və xarici siyasətinin ardıcıl uğurlarını ölkəmizin sosial-iqtisadi inkişafının dinamik irəliləyişini özündə əks etdirir. Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, döğma respublikamızın iqtisadi qüdrətinin yüksəlməsində biləsuvarlıların da sanballı payı vardır.Son 10 il ərzində sürətli sosial-iqtisadi inkişaf yolunda uğurlu nailiyyətləri ilə ölkənin qabaqcıl regionları sırasına çıxmış rayonumuzda da ümumi məhsul buraxılışının həcmi 4.2 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi 4.0 dəfə, sənaye məhsulunun həcmi 10.0 dəfə,əsas kapitala yönəldilən investisiyalar 5.4 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 5.7 dəfə artmışdır. Bütün bunalrın nəticəsi olaraq son 10 ildə rayonda 15921-i daimi olmaqla, 20605 yeni iş yeri açılmışdır.Regionların inkişafı ilə bağlı dövlət proqramlarının uğurlu icrası nəticəsində rayonda infrastruktur təminatı yaxşılaşmış, yeni istehsal və emal müəssisələri açılmış, sosial yönümlü obyektlər istifədəyə verilmişdir. Hazırda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Biləsuvar rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin icrası da uğurla davam etdirilir. Qısa müddət olmasına baxmayaraq 2014-cü ilini birinci rübünün nəticələri bunu bir daha sübut edir.Cari ilin birinci rübündə 1176 yerlik Ağalıkənd tam orta məktəbi əsaslı təmir olunmuş, 220 şagird yerlik Amankənd kənd tam orta məktəbinin yeni binasinin tikintisi isə başa çatdırılmışdır.Biləsuvar rayonu üçün mühüm əhəmiyyət kəsb edən Əsgərabad-Muğan və Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yollarının tikintisində əsas işlər görülmüşdür.Bundan başqa rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri, 450 yerlik Aşağı Cürəli kənd tam orta və 640 yerlik Xırmandalı kənd 2 saylı kənd tam orta məktəblərinin yeni binalarının, Biləsuvar şəhəri M.İbrahimov küçəsində 200 yerlik və C.Cabbarlı küçəsində 100 yerlik uşaq bağçalarının, Dövlət Toxum müfəttişliyinin, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin, Aqrokimya laboratoriyasının yeni binalarının tikintisi, Səmədabad kəndində Heydər Əliyev adına parkın,şəhər ərazisində abadlıq işlərinin, Biləsuvar şəhərinin kanalizasiya sisteminin tikintiləri və 8 kənddə təbii qaz xətlərinin çəkilişi işləri davam etdirilir.Rayonda qəzalı vəziyyətdə olan, əsaslı təmirə və tikintisinə ehtiyac yaranan bütün təhsil, səhiyyə, mədəniyyət müəssisələri, uşaq bağçaları və digər sosial obyektlər Dövlət Proqramında nəzərdə tutulduğu kimi 2018-ci ilin sonunadək tam başa çatdırılacaqdır.”
Mahir Quliyev çıxışının sonunda bildirdi ki, qarşıdakı illərdə də ölkə rəhbərliyinin yüksək diqqətinə və tələbkarlığına uyğun olaraq Dövlət Proqramından irəli gələn vəzifələrin vaxtında və layiqincə yerinə yetirilməsi üçün bütün qüvvələrimizi səfərbər edərək, ölkəmizin, eləcə də rayonumuzun inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Sonra İqtisadiyyat və Sənaye Nazirinin müavini cənab Sahib Məmmədov çıxış edərək “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda verilən tapşırıqların icrası və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qəbulu ilə əlaqədar qarşıda duran vəzifələr” barədə ətraflı məlumat verdi.S.Məmmədov dövlət başçısının regionların inkişafına böyük diqqət və qayğı göstərdiyini vurğulamış, regionların tarazlı inkişafının təmin edilməsində dövlət proqramlarının uğurlu icrasının xüsusi əhəmiyyətini qeyd etmişdir.
Konfransda İqtisadiyyat və Sənaye Nazirliyi Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsinin icraçısı Elşən Əsədov “Dövlətin sosial-iqtisadi siyasətində regionların tarazlı inkişafı: nailiyyətlər və perspektivlər” və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Aran və lənkəran iqtisadi rayonları üzrə nəzərdə tutulmuş tədbirlər barədə”, İqtisadiyyat və Sənaye Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Ayaz Qədirov “Regionların sənaye potensialından səmərəli istifadə və bu sahədə sənaye məhəllələrinin yaradılmasının əhəmiyyəti”, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev “Regionların ixtisaslaşması və bu sahədə böyük təcrübənin ölkə regionlarında tətbiqinin imkanları”, Sahibkarlığa Kömək Milli Fondunun sahələrin inkişafı şöbəsinin analitik sektorunun müdiri Nazim Qarayev “Qarşıdakı illərdə sahələrin inkişafına dövlətin maliyyə dəstəyinin əsas prioritetləri”, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov “Yerli sahibkarların maarifləndirilməsi və bu sahədə beynəlxalq təcrübənin tətbiqi”, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini İlham Əliyev “Regionlarda həyata keçirilən investisiya layihələrində AİŞ-in iştirak imkanları” mövzularında geniş və ətraflı məlumat xarakterli çıxışlar etdilər.
Tədbirin sonunda konfrans iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirildi.