Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “İlham Əliyev: davamlı inkişaf modelinin müəllifi” mövzusunda konfrans keçirildi.

21 dekabr 2021 | 16:00

21 dekabr 2021-ci il tarixdə  YAP Bİləsuvar Rayon Təşkilatının  keçirdiyi “İlham Əliyev: davamlı inkişaf modelinin müəllifi” adlı konfransda Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, YAP Biləsuvar rayon təşkilatının sədr əvəzi Aqşin Bağırov, partiyanın fəalları və rayon aktivi iştirak etdi.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Biləsuvar rayon təşkilatının sədr əvəzi Aqşin Bağırov konfransda giriş nitqi ilə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyat və siyasi fəaliyyəti barədə ətraflı məlumat verdi.Bildirdi ki, Azərbaycan xalqı ətrafında sıx birləşdiyi, sonsuz etimad, inam, dəstək nümayiş etdirdiyi Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzi kimi görür.Ötən müddət ərzində ümummilli lider Heydər Əliyevin “Mən ona özüm qədər inanıram” sözlərini əməli işləri ilə təsdiq edən Prezident İlham Əliyev Azərbaycanda yeni dövrün, yeni eranın başlanğıcının əsasını qoyub. Prezident İlham Əliyev nadir şəxsiyyətlərdəndir ki, siyasi liderliklə yanaşı zəfər çalmış hərbi lider obrazını da özündə birləşdirir.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov çıxış edərək bildirdi ki, Azərbaycan tarixinin bütöv bir mərhələsi XX əsrin böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır.Müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib.Azərbaycan Prezidenti İlham Əliyevin 18 illik prezidentlik fəaliyyətinin qısa təhlili göstərir ki, aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda sosial-iqtisadi vəziyyət xeyli yaxşılaşıb, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən cəmiyyətin formalaşması təmin edilib. Eyni zamanda, güclü və dayanıqlı iqtisadiyyat uğurla yaradılıb, ölkənin artan imkanları insan kapitalının formalaşmasına, əhalinin sosial rifahının daha da yüksəlməsinə yönəldilərək Azərbaycanın nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilməsi təmin edilib. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar.Cənab Prezidentin rəhbərliyi ilə qüdrətli və müzəffər Ordu yaradılıb. Məhz güclü ordu və ona komandanlıq edən, onu düzgün idarə edən, strategiyasını və taktikasını yüksək peşəkarlıqla müəyyənləşdirən Ali Baş Komandanın varlığı, həmçinin xalqın öz liderinin ətrafında yumruq kimi birləşməsi Vətən müharibəsində ölkəmizin Qələbəsini təmin edib. Ona görə də Prezident İlham Əliyev müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edən, əzəli və əbədi torpağımız olan Qarabağı işğaldan azad edən Müzəffər Ali Baş Komandan, Sərkərdə kimi tarixdə qalacaq.
Konfransda Milli Məclisin deputatı Bəhruz Məhərrəmov və digərləri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin həyat və fəaliyyəti ilə bağlı öz fikirlərini bildiriblər.
Sonda Prezident İlham Əliyevin  18 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

 

Keçidlər