Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı 14 nəfər vətəndaşın müraciətini dinlədi.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov 17 dekabr 2021-ci il tarixdə rayon İcra Hakimiyyətinə müxtəlif məsələlərlə bağlı müraciət edən 14 nəfər rayon sakinini onlayn formatda qəbul etdi.
Sakinlərin müraciətləri əsasən işlə təmin olunma, maddi köməklik olunması, məşğulluğun və özünüməşğulluğun təmin edilməsi, torpaq məsələləri və eləcədə digər sosial müdafiə məsələlərini əhatə edib.
Vətəndaşların müraciətlərini dinləyən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq göstərişlər verib. Bir sıra məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq qanunamüvafiq qaydada həll edilməsi üçün icraata götürülüb.
Qəbulda iştirak edən vətəndaşlar onların müraciətlərinə diqqətlə yanaşıldığı üçün məmnunluqlarını ifadə ediblər.