Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı 25 nəfər vətəndaşın müraciətini dinlədi.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov 10 dekabr 2021-ci il tarixdə rayon İcra Hakimiyyətinə müxtəlif məsələlərlə bağlı müraciət edən 25 nəfər rayon sakinini onlayn formatda qəbul etdi.
Sakinlərin müraciətləri əsasən maddi köməklik olunması, işlə təmin olunma, məşğulluğun və özünüməşğulluğun təmin edilməsi, torpaq məsələləri və eləcədə digər sosial müdafiə məsələlərini əhatə edib.
Vətəndaşların müraciətlərini dinləyən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq göstərişlər verib. Bir sıra məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq qanunamüvafiq qaydada həll edilməsi üçün icraata götürülüb.
Qəbulda iştirak edən vətəndaşlar onların müraciətlərinə diqqətlə yanaşıldığı üçün məmnunluqlarını ifadə ediblər.