Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı 30 nəfər vətəndaşın müraciətini dinlədi.

06 dekabr 2021 | 16:00

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov 6 dekabr 2021-ci il tarixdə rayon İcra Hakimiyyətinə müxtəlif məsələlərlə bağlı müraciət edən 30 nəfər rayon sakinini  onlayn formatda qəbul etdi.
Sakinlərin müraciətləri əsasən maddi köməklik olunması, işlə təmin olunma, məşğulluğun və özünüməşğulluğun təmin edilməsi, torpaq məsələləri və eləcədə digər sosial müdafiə məsələlərini əhatə edib.
Vətəndaşların müraciətlərini  dinləyən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq göstərişlər verib. Bir sıra məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən  müraciətlər isə araşdırılaraq qanunamüvafiq qaydada həll edilməsi üçün icraata götürülüb.
Qəbulda iştirak edən vətəndaşlar onların müraciətlərinə diqqətlə yanaşıldığı üçün məmnunluqlarını ifadə ediblər.

Keçidlər