Biləsuvar rayonunda Əlillər Günü qeyd olunub.
03 dekabr 2021-ci il tarixdə Biləsuvar rayonunda Əlillər Günü qeyd olunub.
Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən tədbirdə İcra Hakimiyyətinin məsul işçiləri, Biləsuvar Regional Mədəniyyət İdarəsinin, Qadın Resurs Mərkəzinin nümayəndələri, gənc könüllülər, əlil uşaqlar iştirak etmişdir. Tədbirdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova əlillərin cəmiyyətə inteqrasiyası, onlara dövlətin hər zaman diqqət və qayğısı, onların sosial problemlərinin həlli istiqamətində atılan addımlardan danışıb, əlil uşaqlar, ümumilikdə əlil insanlarla bağlı həyata keçirilən layihələr, humanitar aksiyalar haqqında geniş məlumat verib, xoş arzularını çatdırıb.
Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsi tərəfindən hazırlanmış, bədii kompozisiya göstərilib, maraqlı rəqs nümunələri nümayiş etdirilib, musiqi töhvələri təqdim olunub, əlil uşaqlar tərəfindən şeirlər səsləndirilib.
Sonda Rayon İcra Hakimiyyəti tərəfindən uşaqların ailələrinə bayram sovqatı verilib və xatirə şəkli çəkilib.