Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirildi.

01 may 2014 | 15:00

30 aprel 2014-cü il tarixdə YAP rayon təşkilatının akt zalında Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsi önünə  tər çiçək dəstələri qoyub, ehtiramlarını bildirdilər.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə xanım Qəmbərova, aparatın məsul işçiləri Kamil Qurbanlı, Ləman Yüzbaşova, rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Heydər Əliyev Mərkəzinin direkoru Səyalə Şahbazova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verdilər və Heydər Əliyevin fəaliyyəti dövründə həmişə gənclərə güvənərək onlara böyük etimad göstərdiyini qeyd etdilər.Tədbirdə bildirildi ki, Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, öz çıxışları zamanı və keçirdiyi görüşlərdə  dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət etmişdir. Ulu öndərin ən böyük xidmətlərindən biridə o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasətin müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Dahi şəxsiyyət gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu istiqamətdə atılan ən böyük addımlardan biri 1994-cü ilin iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılması oldu. 1995-ci ildə isə O, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. 2  fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumunun keçirilməsinə göstəriş Verdi  və özü də bu tədbirdə şəxsən iştirak etdi. 1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu öndər “2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzaladı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası  qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etmək idi. “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar, həmçinin, “Gənc ailə”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı” və digər proqramlar çərçivəsində ölkəmizdə gənclərin sosial-maddi şəraitinin yüksəldilməsi, ictimai fəallığının artırılması istiqamətində mühüm fundamental baza yaradıldı.
Bu gündə Cənab Prezidentimiz İlham Əliyev bu siyasəti uğurla davam etdirərək daima Azərbaycan gəncliyini dəstəkləyir, ölkənin idarəolunmasından başlayaraq bütün həyati əhəmiyyətli sahələrdə gənclərə etimad göstərir.
Çıxış edənlər bu sahədə respublikamızın hər yerində olduğu kimi rayonumuzda da gənclərə göstərilən qayğı və diqqətdən danışaraq qeyd etdilər ki, bu siyasətin tərkib hissəsi kimi rayonumuzda da gənclər rəhbər vəzifələrə irəli çəkilirlər, istedadlı gənclərə şərait yaradılır, gənc sahibkarlara meydan verilir.
Açıq diskussiya şəraitində keçən “Dəyirmi masa” nın sonunda Ulu Öndərə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Keçidlər