Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı onlayn qəbul zamanı 31 nəfər vətəndaşın müraciətini dinlədi.

19 noyabr 2021 | 16:00

19 noyabr 2021-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı müraciət edən vətəndaşların növbəti onlayn qəbulunu keçirdi.
Qəbulda  rayonun inzibati ərazi dairələri üzrə əvvəlcədən müraciət edən 31  nəfər vətəndaşı narahat edən məsələlər, onların müraciətləri və irəli sürdükləri təkliflər Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tərəfindən dinlənilib.
Sakinlərin müraciətləri əsasən maddi köməklik olunması, işlə təmin olunma, məşğulluğun və özünüməşğulluğun təmin edilməsi, torpaq məsələləri, pensiya təyinatı ilə bağlı, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması və eləcədə digər sosial müdafiə məsələlərini əhatə edib.
Vətəndaşların müraciətlərini  dinləyən icra başçısı səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə həll edilmiş, icrası vaxt tələb edən  müraciətlər isə araşdırılaraq qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülmüşdür.

Keçidlər