Yeni Azərbaycan Partiyası Qadınlar Şurası Biləsuvar rayon təşkilatı növbəti konfransını keçirmişdir.
29 aprel 2014-cü il tarixdə Yeni Azərbaycan Partiyası Qadınlar Şurası Biləsuvar rayon təşkilatının konfransı keçirildi. YAP Biləsuvar rayon təşkilatının akt zalında keçirilən konfransın işində ərazi ilk partiya təşkilatlarından seçilmiş 100 nəfər nümayəndə iştirak edirdi.
Konfrans iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev gündəlikdə duran məsələlər barədə məlumat verdi. K.Mirzəyev ölkəmizin ictimai-siyasi və sosial həyatında qadınların rolunun yüksək olduğunu qeyd etdi.O, bildirdi ki, dövlət tərəfindən qadınlarımızın hüquqlarının yüksək səviyyədə qorunmasına zəmanət verilir, onlara diqqət və qayğı göstərilir.Bu qayğının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir.Natiq daha sonra qeyd etdi ki, ölkəmizin ictimai-siyasi həyatında son zamanlar qadınların rolunun daha da yüksəlməsində Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycan qadınına nümunə olacaq formada gördüyü işlərin də təsiri çox böyükdür. K.Mirzəyev rayon təşkilatı qadınlar şurasının işinin də təqdirəlayiq olduğunu qeyd etdi.
YAP Qadınlar Şurası rayon təşkilatının sədri Xoşbəxt Ağayeva ötən Konfransdan keçən müddət ərzində rayon qadınlar şurasının gördüyü işlərdən danışdı.O, qeyd etdi ki, bu müddət ərzində qadınlarımızın ölkəmizin ictimai-siyasi həyatında baş verən prosesslərdən fəaliyyəti daha da yüksəlmişdir. Xoşbəxt Ağayeva ötən konfransdan keçən müddət ərzində qadınların partiya sıralarına qəbulunun artıdığını xüsusi vurğuladı.Belə ki, ötən konfransdan keçən müddət ərzində 464 nəfər qadın partiya sıralarına qəbul edilmiş, rayon təşkilatında qadınların sayı 1234 nəfər olmuşdur.O, eyni zamanda 09 oktyabr 2013-cü il tarixdə keçirilən prezident seçkilərində rayon təşkilatı qadınlar şurasının yüksək fəallıq göstərdiyini qeyd etdi.
Konfrans nümayəndələrindən Ləman Yüzbaşova, Səyalə Şahbazova, Rəvanə Feyziyeva çıxış edərək rayon Qadınlar Şurasının gördüyü işlərin qənaətbəxş olduğunu qeyd etdilər.
Konfransda YAP Qadınlar Şurası rayon təşkilatının yeni tərkibi seçildi. Yüzbaşova Ləman Cəbrayıl qızı yekdilliklə YAP Qadınlar Şurası rayon təşkilatının yeni sədri seçildi.
Konfransda YAP Qadınlar Şurasının Konfransına nümayəndələr seçildi.
Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciət qəbul olundu.