Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda 12 Noyabr - Konstitusiya günü qeyd olundu.

12 noyabr 2021 | 16:00

12 Noyabr -Konstitusiya günü Biləsuvar rayonunda da qeyd olunub. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 26 il ötür.
Bu məqsədlə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı  Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyev Parkına gələrək Ulu öndərin abidəsini ziyarət etdilər və əziz xatirəsinə gül dəstələri düzdülər.
Azərbaycan Respublikasının ilk Konstitusiyasını hazırlamaq məqsədilə 1995-ci ilin mayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası yaradıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.
12 Noyabr Konstitusiya Günü ilə əlaqədar Biləsuvar Rayon Gənclər Evində “Breyn-rinq” intellektual oyunu üzrə rayon birinciliyi və Nizami adına Biləsuvar şəhər 1 saylı tam orta məktəbində isə  “Konstitusiya - dövlətin ali qanunudur” adlı tədbirlər keçirilmişdir.

 

Keçidlər